BAKI, 14 avqust — Sputnik. Müdaxilə fondu üçün bu il taxıl alışı planlaşdırılmır. Daxili ərzaq təhlükəsizliyini təmin etmək üçün kifayət qədər taxıl var, ona görə də alışa ehtiyac yoxdur.
Bunu Rusiya Federasiyasının kənd təsərrüfatı nazirinin birinci müavini Oksana Lut jurnalistlərə söyləyib.
"Biz bu il və bu mövsümdə müdaxilə fondu üçün taxıl almağı planlaşdırmırıq. Bizdə daxili ərzaq təhlükəsizliyini təmin etmək üçün kifayət qədər taxıl var, ona görə də alışa ehtiyac yoxdur", - deyə o, bildirib.
Qeyd edək ki, Rusiyada 2001-ci ildən başlayaraq taxıl məhsullarının qiymətlərini sabitləşdirmək və fermerlərə dəstək olmaq üçün istifadə edilən taxılın dövlət tədarükü və əmtəə (satış) intervensiyaları mexanizmi mövcuddur. Belə ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2022-ci ildə 3 milyon ton taxıl üçün müdaxilə fondu ehtiyatı formalaşdırıb. Sənaye birlikləri ötən il daxili qiymətlər aşağı olduğundan, fermerlər çəkdiyi xərcləri ödəyə bilmədiyi üçün dövlət fonduna taxıl alışının həcminin artırılması xahişi ilə nazirliyə müraciət ediblər.