HƏRBİ

Putin “Ordu-2023” forumunun iştirakçılarına müraciət edib

Belarusun müdafiə naziri Viktor Xrenin öz növbəsində bildirib ki, Ordu forumu müstəqil siyasət yürüdən ölkələrə Qərbin təzyiqləri qarşısında strateji tərəfdaşlığın inkişafının simvoluna çevrilib.
Sputnik
BAKI, 14 avqust — Sputnik. "Ordu-2023" forumunda 82 xarici şirkət məhsul təqdim edib. Bu barədə Rusiya prezidenti Vladimir Putin forum iştirakçılarına videomüraciətində bildirib.
"Biz həm də şadıq ki, getdikcə daha çox xarici hərbi-sənaye şirkəti forumun iştirakçısına çevrilir. Əgər keçən il burada 32 təşkilat öz məhsullarını nümayiş etdirirdisə, bu il 82-dir", - Putin bildirib.
Belarusun müdafiə naziri Viktor Xrenin öz növbəsində bildirib ki, Ordu forumu müstəqil siyasət yürüdən ölkələrə Qərbin təzyiqləri qarşısında strateji tərəfdaşlığın inkişafının simvoluna çevrilib.
"Qlobal qeyri-sabitlik və kollektiv Qərbin öz suveren və müstəqil siyasət yürüdən dövlətlərə misli görünməmiş təzyiqi kontekstində Ordu forumu strateji tərəfdaşlığın formalaşması və inkişafının simvoluna çevrilib", - Xrenin Ordu-2023"də deyib.
O, tədbirin dövlətlər arasında hərbi-texniki əməkdaşlığın inkişafına xidmət edəcəyinə, yeni əlaqələrin yaradılması və mövcud əlaqələrin inkişafı üçün başlanğıc nöqtəsinə çevriləcəyinə ümidvar olduğunu bildirib.
"Bu, peşəkar məsələlərin konstruktiv müzakirəsi, təcrübə mübadiləsi üçün unikal imkandır", - Xrenin vurğulayıb.
Avqustun 14-dən 20-dək Moskva yaxınlığındakı Kubinkadakı "Patriot" parkında Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Ordu-2023" beynəlxalq hərbi-texniki forumu keçirilir. RİA Novosti forumun rəsmi informasiya tərəfdaşıdır.