BAKI, 14 avqust - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (07.08.2023-13.08.2023) 8 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 832 044 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 738 nəfər müalicə olunaraq sağalıb, 10 295 nəfər vəfat edib, aktiv xəstə sayı 11 nəfərdir.
Ölkədə son həftə ərzində 2 028, hazırkı dövrədək isə 7 665 921 test aparılıb.
Azərbaycanda avqustun 7-dən 13-dək yeni növ koronavirus (COVID-19) əleyhinə 83 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, üç və daha çox doza vaksin vurduranların sayı 32, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 5 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 691, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 123, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 271, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 925, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 372 təşkil edir.
Avqustun 7-nə olan yoluxma statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (31.07.2023-06.08.2023) 15 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 832 036 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 731 nəfər müalicə olunaraq sağalıb, 10 293 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.
Ölkədə son həftə ərzində 2 517, hazırkı dövrədək isə 7 663 893 test aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.