Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Kəlbəcər və Sədərək istiqamətində mövqelərimiz atəşə tutulub

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Sputnik
BAKI, 14 avqust - Sputnik. Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.