HADİSƏ

Füzulidə yol qəzası olub, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Hadisə Aşağı Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.
Sputnik
BAKI, 14 avqust - Sputnik. Füzuli rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Aşağı Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.
“Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü, 1985-ci il təvəllüdlü Salyan şəhər sakini Nəzərov Rəşad Rəşid oğlu, onun sərnişini, 1964-cü il təvəllüdlü Kürdəmir rayon sakini Əhmədov Yaşar Mirzə oğlu ölüb.
Qəza nəticəsində 6 nəfər - Salyan rayon sakinləri Mütəllimov Novruz Azər oğlu, Bayramov Elmir Ağaməmməd oğlu, Nağıyev Zeynal Xanhüseyn oğlu, Bərdə sakini Məmmədov Nicat Musa oğlu, Ağstafa sakini Həsənov Elxan Eynur oğlu və Aşurov Məşədi Alı oğlu xəsarət alıb.