İQTİSADİYYAT

Dövlət büdcəsinin profisiti 1,1 mlrd. manatı üstələyib

2023-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinin xərcləri isə 14,9% artaraq 17 milyard 620,5 milyon manata çatıb.
Sputnik
BAKI, 14 avqust - Sputnik. 2023-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 18 milyard 766,6 milyon manat vəsait daxil olub.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrünə nisbətən 4,8% çoxdur.
2023-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinin xərcləri isə 14,9% artaraq 17 milyard 620,5 milyon manata çatıb.
Nəticədə büdcənin icrasında 1 milyard 146,1 milyon manatlıq profisit (artıqlıq) yaranıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə azdır.