İQTİSADİYYAT

Avrasiya İqtisadi Komissiyası sənaye istehsalı ilə bağlı artım rəqəmlərini açıqladı

Latın Amerikası və Afrika ölkələri Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə güzəştli ticarət rejimində maraqlıdır.
Sputnik
BAKI, 14 avqust — Sputnik. 2023-cü ilin birinci yarısında Avrasiya İqtisadi İttifaqının bütün dövlətlərində sənaye istehsalı 2,8% artıb. Bu barədə Avrasiya İqtisadi Komissiyası məlumat yayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə Belarusiyada 6%, Qazaxıstanda 3,8%, Rusiyada 2,6%, Ermənistanda 1%, Qırğızıstanda 0,4% artım qeydə alınıb.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski deyib ki, Latın Amerikası və Afrika ölkələri Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə güzəştli ticarət rejimində maraqlıdır.
2015-ci ildə yaradılan Aİİ-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.