BAKI, 13 avqust - Sputnik. Bu gün səhər tezdən Belqorod vilayəti üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynaya məxsus pilotsuz uçan aparat vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün səhər saat 4:00 radələrində Kiyev rejiminin 1 ədəd təyyarə tipli pilotsuz uçuş aparatı ilə Rusiya Federasiyası ərazisində obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - nazirlikdən bildirilib.
Nazirlik qeyd edib ki, pilotsuz uçuş aparatı Belqorod vilayəti ərazisi üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib.
Bildirilib ki, qarşısı alınan terror aktı nəticəsində ölən və dağıntı yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.