RUSİYA

Sergiyev Posadda axtarış işləri başa çatıb

Vilayətin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, insident özəl şirkətin icarəyə götürdüyü pirotexnika anbarında baş verib.
Sputnik
BAKI, 13 avqust - Sputnik. Sergiyev Posadda, partlayışın baş verdiyi yerdə axtarış işləri başa çatıb, istintaq hərəkətləri davam edir. Bu barədə Rusiya KİV-ləri şəhər administrasiyasına istinadən xəbə yayıb.

"Zaqorsk Optik-Mexaniki zavod ərazisində partlayış baş verən yerdə axtarış işləri başa çatıb. Bu barədə təhlükəsizlik rəsmiləri, Sosial İnkişaf İdarəsinin yerli bölməsi və itkin düşənlərin ailələri, Sergiyev Posad şəhərinin rəhbəri ilə görüşdə bildirilib. İstintaq tədbirləri davam etdirilir”, - idarənin rəsmi "Telegram" kanalında deyilir.

Xatırladaq ki, Moskva yaxınlığındakı Sergiyev Posadda avqustun 9-u səhər saatlarında partlayış baş verib.
Vilayətin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, insident özəl şirkətin icarəyə götürdüyü pirotexnika anbarında baş verib. Daha əvvəl rayon rəhbəri 56 nəfərin tibbi yardıma müraciət etdiyini, onlardan 6 nəfərin reanimasiyada olduğunu, 26 nəfərin təcili yardıma müraciət etdiyini, bir nəfərin dünyasını dəyişdiyini bildirmişdi.
Faktla bağlı sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi başlanıb. Daha sonra Rusiya Federasiyasının Səhiyyə Nazirliyi Sergiyev Posadda 80 nəfərin yaralandığını, 15 nəfərin xəstəxanalarda olduğunu, 8 nəfərin artıq xəstəxanalardan buraxıldığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.