RUSİYA

Mişustin Rusiyanın yeni bölgələrində bərpa işlərindən yazdı

Mişustin həmçinin vahid rəqəmsal mühitin yaradılması, xidmətlərin elektron formaya keçirilməsi, investisiya və tikinti dövriyyəsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Sputnik
BAKI, 13 avqust — Sputnik. Rusiyanın yeni bölgələrində bütün infrastrukturun bərpasına xüsusi diqqət yetirilməlidir. Belə bir müraciətlə Baş nazir Mixail Mişustin tikinti sənayesi işçilərinə peşə bayramları münasibətilə təbrik teleqramında müraciət edib.

“"Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası", Zaporojye və Xerson vilayətlərində mənzil, nəqliyyat və sosial infrastrukturun bərpası və tikintisinə xüsusi diqqət yetirmək vacibdir”, - təbrikin mətnində deyilir.

Mişustin həmçinin vahid rəqəmsal mühitin yaradılması, xidmətlərin elektron formaya keçirilməsi, investisiya və tikinti dövriyyəsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin də “"Donetsk və Luqansk Xalq Respublikaları"nın, Xerson və Zaporojye vilayətlərinin bərpasına yönəlmiş inşaatçıların böyük, fədakar əməyini qeyd etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.