BAKI, 13 avqust - Sputnik. Metabolizmanın normal fəaliyyəti üçün bədəndə norma daxilində duzun olması çox vacibdir.
Həkimlər bildirir ki, qiymətli minerallarla zəngin olan duz qədərindən artıq qəbul edildikdə sağlamlığa mənfi təsir göstərir.
Buna görə həkimlər gündə 3-5 qramdan çox duz qəbul etməməyi məsləhət görürlər.
Dietoloqlar xüsusi olaraq vurğulayırlar ki, normadan artıq duz qəbulu böyrəklərdə və ürəkdə təzyiq, stressin artmasına səbəb olur.
Onlar xüsusi olaraq qeyd edirlər ki, duzun artıqlığı immunitetin zəifləməsinə ciddi təsir göstərir. Bu səbəbdən həkimlər xüsusən “fastfood” kimi qidalardan imtina etməyi məsləhət bilirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.