BAKI, 13 avqust — Sputnik. Çin Milli Kosmik İdarəsi (CNSA) bildirib ki, bazar günü Çin fəlakət monitorinqi peyki L-SAR4 01-i Long March-3B daşıyıcı raketi ilə kosmosa çıxarıb və bu, dünyanın ilk yüksək orbitli sintetik diyaframlı radar (SAR) peyki olub.
Peyk kosmosa yerli vaxtla saat 1.26-da (avqustun 12-i, Moskva vaxtı ilə 20.26) Çinin cənub-qərbindəki Siçan əyalətində yerləşən Sıçuan kosmodromundan buraxılıb. Buraxıldıqdan bir müddət sonra peyk müəyyən edilmiş orbitə uğurla daxil olub.
"Bu, layihənin icra mərhələsinə qədəm qoyan ilk Yüksək Orbit Sintetik Apertur Radar (SAR) peykidir", - agentliyin açıqlamasında deyilir.
Bildirilir ki, peyk ölkədə təbii fəlakətlərin kosmik monitorinqi sistemini təkmilləşdirəcək və bununla da təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin yumşaldılması imkanlarını artıracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.