BAKI, 13 avqust — Sputnik. Tayvan boğazı böhranının əsas səbəbi ABŞ-ın Tayvan məsələsindən Çinə qarşı istifadə etmək cəhdlərindədir. Bu açıqlama ilə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi çıxış edib.
“Faktlar bir daha sübut edir ki, Tayvan boğazında davam edən gərginliyin əsas səbəbi Tayvan hakimiyyətinin qondarma müstəqillik məsələsində ABŞ-a güvənmək cəhdi və ABŞ-ın Çini cilovlamaq üçün Tayvandan istifadə etməkdəki israrıdır”, - XİN rəsmisi deyib.
Çin tərəfi Vaşinqtonun Tayvanın baş qərargah rəisinin müavini Lai Sindenin ABŞ-a “səfərini” təşkil etməkdə israrlı olmasından kəskin narazılığını bildirib və bunu qəti şəkildə pisləyib.
Lai Sinde adanın hakim Demokratik Tərəqqi Partiyasının üzvüdür. O, 2024-cü ilin yanvarında keçiriləcək seçkilərdə Tayvanın baş qərargah rəisi vəzifəsinə əsas namizədlərdən biri kimi göstərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.