BAKI, 13 avqust - Sputnik. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) üzrə yol xəritəsi layihəsini müzakirə edib. Bu barədə Kazİnform xəbər verir.
Azərbaycan tərəfi də Anlaşma Memorandumunun layihəsinə baxmağa dəvət olunub.
Qeyd edək ki, Karabayev Azərbaycanda işgüzar səfərdədir və artıq bir sıra nəqliyyat infrastrukturu obyektlərinə, o cümlədən Bakı Gəmiqayırma Zavoduna, paytaxtdakı beynəlxalq ticarət limanına və liman stansiyalarına, eləcə də Hövsan limanına və Baş-Ələt stansiyasına baş çəkməyə nail olub.
Nazir, həmçinin Abşeron Logistika Mərkəzində və Bakı Dəmir Yolu Vağzalında olub, burada İsveçrənin “Stadler” şirkətinin istehsalı olan minik vaqonları ilə tanış olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.