DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Səfir: Rusiya Xəzərdəki tərəfdaşları ilə enerji əməkdaşlığını hədəfləyir

Avqustun 12-də Beynəlxalq Xəzər Günü qeyd olunur.
Sputnik
BAKI, 12 avqust - Sputnik. Rusiya Xəzəryanı ölkələrlə nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində birgə işləməyə yönəlib.
“APA-Economics”in “TASS“a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Türkmənistandakı səfiri İvan Volınkin “Xəzər dənizi – sülh və dostluq dənizi” mövzusunda elmi-praktik konfrans zamanı deyib.
“Rusiya Xəzərdə sabitliyin və rifahın təmin edilməsinə, onun biomüxtəlifliyinin və yüksək ekoloji standartların qorunmasına, liman və sahil infrastrukturunun modernləşdirilməsinə, donanmanın yenilənməsinə mühüm töhfə verir”, - səfir qeyd edib.
Onun sözlərinə görə, Rusiya onun iştirakı ilə olan, o cümlədən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi, Rusiya mallarının, kənd təsərrüfatı məhsullarının və gübrələrin ixracı sahəsində bütün Xəzər dənizi tərəfdaşları ilə birgə işləməyə yönəlib.
Qeyd edək ki, şənbə günü Türkmənbaşı şəhərində “Xəzər dənizi - sülh və sostluq dənizi” mövzusunda elmi-praktik konfrans keçirilir. Bu, avqustun 12-də qeyd olunan Beynəlxalq Xəzər Gününə təsadüf edir.