RUSİYA

Rusiya XİN Krım körpüsünə hücum barədə

Hücum nəticəsində ölən və ya xəsarət alanın olmadığı bildirilib.
Sputnik
BAKI, 12 avqust - Sputnik. Krım körpüsünə raket hücumu və körpüdə partlayış törətmək cəhdləri olub.
Rusiya Müdafiə Nazirliyindən Krım körpüsünə zərbə endirməyə çalışan Ukrayna raketlərinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən havada vurulduğu açıqlanıb.
Hücum nəticəsində tələfat olmadığı, Krım körpüsünün zədələnmədiyi bildirilib.
Nazirlik həmçinin körpüyə Ukrayna ordusu tərəfindən raket hücumu olduğunu açıqlayıb. Ukraynanın körpünü S-200 raketi ilə vurmağa cəhd etdiyi bildirilib. Qeyd olunub ki, cəhdin qarşısı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb.
Hücum nəticəsində ölən və ya xəsarət alanın olmadığı bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Krım körpüsünə və yarımadaya hücum cəhdlərinə münasibət bildirərək deyib ki, bu cür hərəkətlərə haqq qazandırmaq olmaz və onlar cavabsız qalmayacaq: ”Biz bu terror aktlarını qətiyyətlə pisləyirik".