BAKI, 12 avqust - Sputnik. Fransada COVİD-19 virusunun omikron ştammının yeni variantı olan Eris (EG.5.1) sürətlə yayılır.
Bu barədə ingilis dilli Fransa mediası məlumat yayıb.
Məlumata görə, yoluxma halına daha çox ölkənin ən məşhur istirahət bölgələrində rast gəlinir.
Yoluxma halları ötən həftə ilə müqayisədə 15-74 yaşlı insanlar arasında 25 faiz artıb.
Virusun 74 yaşdan yuxarı şəxslərdə 34 faiz, 2 yaşdan kiçik körpələrdə isə 56 faiz artdığı qeydə alınıb.
Qeyd edək ki, Erisin COVİD-19-un digər növləri ilə müqayisədə daha az riskli kimi dəyərləndirilir.