BAKI, 11 avqust — Sputnik. Ukraynanın həqiqətən ehtiyacı olan şey sülhə yol aça bilən kapitulyasiyadır, lakin nə Vaşinqton, nə də Kiyev bunu istəmir. Bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev öz teleqram kanalında bildirib.
"Parçalanmış ölkənin səngərlərində əzab çəkən insanlara həqiqətən yalnız təslim olmaq lazımdır. Bu, bəlkə də sülhə yol açacaq. Amma nə Vaşinqton, nə də Kiyev sülh istəmir", - o yazıb.
Medvedev qeyd edib ki, Kiyevin əks-hücumunun ət zavodu bu gün dayanmadan işləyir və minlərlə bədbəxt insanı qırğına göndərir.
"Lakin onun fəaliyyəti ölümü çürümə mərhələsinə qədəm qoymuş Kiyev rejiminə daha kömək etməyəcək. Onun cəsədini diriltmək mümkün deyil", - deyə Təhlükəsizlik Şurasının sədr müavini yekunlaşdırıb.