BAKI, 11 avqust — Sputnik. "Soyuz 2.1b" raketi Bakı vaxtı ilə saat 3:11-də "Vostoçnıy" kosmodromundan uğurla buraxılıb.
"Luna-25" stansiyasından qalxdıqdan 9 dəqiqə sonra "Freqat" sürətlənmə bloku raketin üçüncü mərhələsindən ayrılaraq Yerə yaxın orbitə çıxıb. Bir saat 10 dəqiqədən sonra stansiya sürətlənmə blokundan ayrılaraq Yerin təbii peykinə gedən uçuş yoluna çıxıb.
Daha sonra "Roskosmos"dan verilən məlumata görə, "Luna-25" stansiyası "Freqat" sürətlənmə blokundan ayrıldıqdan sonra idarə olunmağa başlanıb.
"Luna-25" avtomatik stansiyası "Freqat" sürətləndirmə blokundan ayrıldıqdan idarə olunmağa başlanıb", - məlumatda bildirilir.
"Luna-25" çətin relyefi olan Ayın Cənub Qütbü bölgəsinə yumşaq eniş edəcək ilk stansiya olmalıdır. Onun bütün sələfləri ekvator zonasına enib. Stansiyanın əsas məqsədi Ay torpağında buzun olması üçün təmas tədqiqatlarını aparmaqdır.
"Luna-25" həm də müasir Rusiya tarixində ilk Ay stansiyası olacaq. Yerin peykinə göndərilən sonuncu sovet kosmik gəmisi 1976-cı ildə buraxılıb və bu gəmi "Luna-24" adlandırılıb.