FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Rusiya son 50 ildə Aya ilk kəşfiyyat missiyasını həyata keçirib - Fotolar

Rusiya yeni tarixində ilk Ay tədqiqat stansiyasını - "Luna-25" adlanan kosmik gəmini kosmosa buraxıb.
Sputnik
"Vostoçnıy" kosmodromundan cümə günü, avqustun 11-də, Bakı vaxtı ilə saat 3:11-də "Freqat" sürətlənmə bloku və "Luna-25" avtomatik planetlərarası stansiyası ilə "Soyuz-2.1b" raketi uğurla kosmosa buraxılıb. Yerin peykinə uçuş təxminən beş gün çəkəcək.
İşə salınan stansiyanın kütləsi 1605 kiloqramdır ki, bunun da 1000 kiloqramı yanacağın, 20 kiloqramı isə elmi avadanlıqların payına düşür.
Rusiyanın Yerin təbii peykinə ilk missiyasının əsas vəzifələrindən biri başqa bir göy cisminin səthinə yumşaq eniş texnologiyasını inkişaf etdirməkdir. Ehtimal olunur ki, eniş aparatının su buz yataqları ilə zəngin olan Ayın cənub qütbünün yaxınlığındakı Boquslavski krateri bölgəsinə çatacağı gözlənilir.
"Luna-25" kosmik gəmisinin digər əsas elmi vəzifəsi Ay reqolitində su və digər uçucu birləşmələrin axtarışı, həmçinin torpaq və tozun öyrənilməsidir. Bu, Yerin təbii peyki ilə bağlı fundamental elmi suallara cavab verməyə kömək edəcək: o, necə formalaşıb, təkamülü necə keçirib, hazırda səthdə şərait necədir.
Suyun axtarışında xüsusilə mühüm rolu neytron və qamma-şüa detektoru olan ADRON-LR oynayır. O, aparatın aşağı hissəsində quraşdırılıb və birbaşa təmas olmadan 60 santimetrə qədər dərinlikdə buzu (və ya hidrogeni) aşkar edə bilir.
1 / 10

S.A.Lavoçkin adına elmi-istehsalat birliyinin "Luna-25" avtomatik stansiyasının Vostoçnıy kosmodromuna çatdırılması.

2 / 10

"Luna-25" avtomatik stansiyası ilə birlikdə "Soyuz-2.1b" raketinin Vostoçnı kosmodromunun buraxılış kompleksində quraşdırılması.

3 / 10

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) "Kosmos" pavilyonundakı "Vostochnıy" kosmodromundan "Freqat" sürətlənmə bloku və "Luna-25" avtomatik stansiyası ilə "Soyuz-2.1b" raket buraxılışının başlanmasına geri sayım.

4 / 10

Moskvanın XTNS-dəkı "Kosmos" pavilyonundakı "Vostochnıy" kosmodromundan "Freqat" sürətlənmə bloku və "Luna-25" avtomatik stansiyası ilə "Soyuz-2.1b" raket buraxılışının yayımlanması.

5 / 10

"Vostochnıy" kosmodromundan "Freqat" sürətlənmə bloku və "Luna-25" avtomatik stansiyası ilə "Soyuz-2.1b" raketinin buraxılışı.

6 / 10

"Vostochnıy" kosmodromundan "Freqat" sürətlənmə bloku və "Luna-25" avtomatik stansiyası ilə "Soyuz-2.1b" raketinin buraxılışı.

7 / 10

"Vostochnıy" kosmodromundan "Freqat" sürətlənmə bloku və "Luna-25" avtomatik stansiyası ilə "Soyuz-2.1b" raketinin buraxılışı.

8 / 10

"Vostochnıy" kosmodromundan "Freqat" sürətlənmə bloku və "Luna-25" avtomatik stansiyası ilə "Soyuz-2.1b" raketinin buraxılışı.

9 / 10

"Vostochnıy" kosmodromundan "Freqat" sürətlənmə bloku və "Luna-25" avtomatik stansiyası ilə "Soyuz-2.1b" raketinin buraxılışı.

10 / 10

"Vostochnıy" kosmodromundan "Freqat" sürətlənmə bloku və "Luna-25" avtomatik stansiyası ilə "Soyuz-2.1b" raketinin buraxılışı.