RUSİYA

Mişustin: Yaxın aylarda neft və qaz gəlirlərinin artacağını gözləyirik

Rusiyanın baş naziri Mixail Mişustin cümə günü iqtisadi məsələlərə həsr olunmuş iclasda çıxış edib.
Sputnik
BAKI, 11 avqust — Sputnik. Rusiya hökuməti yaxın aylarda Rusiya büdcəsinə neft və qaz gəlirlərinin artmağa davam edəcəyini gözləyir.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin cümə günü iqtisadi məsələlərə həsr olunmuş iclasda bildirib.
Hökumət başçısı nəzərə çatdırıb ki, iyulda neft və qaz gəlirləri ötən illə müqayisədə demək olar ki, 5% artıb, büdcə qaydası ilə təsdiq edilmiş göstərici isə 73 milyard rublu keçib.
"Bu rəqəmlərin yaxın aylarda da artacağını gözləyirik", – deyə Mişustin sözünə davam edib.
Baş nazir, həmçinin bildirib ki, maliyyə və büdcə sabitliyinin qorunması və Rusiya iqtisadiyyatının davamlı artımını saxlamaqdan ötrü ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, bütün sosial öhdəliklərin yerinə yetirilməsi və iqtisadiyyatın struktur çevrilməsi vəzifələrini nəzərə alaraq bütün mümkün risklərə tezliklə cavab vermək lazımdır.