BAKI, 11 avqust — Sputnik. Rusiyalılar üçün Azərbaycanda istirahətin qiyməti tarixi maksimuma çatıb.
İyul ayında Rusiyadan bir turun orta qiyməti 554 ABŞ dolları təşkil edib.
Həmçinin, Türkiyə, Gürcüstan və Ermənistan istiqamətində səyahətlərin bahalaşdığı bildirilib.
25.07.23, 12:37
Bu yay rus turistlər arasında ən populyar ölkələr Azərbaycan, Türkiyə, Özbəkistan və Tacikistan olub.
Bu, "OZON Travel" və Renessans Sığorta Qrupunun keçirdiyi sorğu nəticəsində məlum olub. Sorğu zamanı bəlli olub ki, rusların 53 faizinin səyahət üçün ən çox ehtiyat etdikləri ölkə Birləşmiş Ştatlardır. ABŞ-ın ardınca 49 faizlə Fransa və 48 faizlə Meksika gəlir.
Siyahıda Hindistan (47 faiz) və Tunis (47 faiz) də var. Turizm üçün yer seçəndə rusların ən çox ehtiyat etdikləri yeni virus və yerli sakinlərin neqativ münasibətidir.
Ən təhlükəsiz ölkələr sırasında Maldiv (71 faiz), Seyşel (68 faiz), BƏƏ (68 faiz) Kipr (66 faiz) və 65 faizlə Çin yer alıb.