BAKI, 10 avqust - Sputnik. Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib. Bu barədə Report ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən məlumat yayıb.
Bildirilib ki, zəlzələ ocağının dərinliyi 7 kilometr olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.