BAKI, 10 avqust — Sputnik. "Türkiyə Silahlı Qüvvələrinin səyləri nəticəsində bu il regionda 995 terrorçu zərərsizləşdirilib".
Bunu Ankarada keçirdiyi brifinqdə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat müşaviri Zəki Aktürk deyib.
Onun sözlərinə görə, həm Türkiyə daxilində, həm də xaricdə milli təhlükəsizliyə təhdidlərə qarşı qətiyyətli mübarizə davam edir:
"Təkcə son bir həftədə Türkiyə hərbçiləri İraq və Suriyanın şimalı da daxil olmaqla, 53 terrorçunu zərərsizləşdirib. Beləliklə, bu ilin əvvəlindən məhv edilmiş terrorçuların ümumi sayı 995-ə çatıb".
O bildirib ki, təkcə İraqın şimalında davam edən "Pençe-Kilit" əməliyyatı zamanı bu günə qədər 586 terrorçu zərərsizləşdirilib: "Türkiyə Silahlı Qüvvələri bu ərazi terrorçulardan tamamilə təmizlənənə qədər "Pençe-Kilit" antiterror əməliyyatı bölgəsində genişmiqyaslı fəaliyyətlərini davam etdirəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.