BAKI, 10 avqust - Sputnik. Gecə saatlarında Kaluqa, Moskva vilayətləri və Sevastopol ərazilərində Kiyevin pilotsuz uçuş aparatları ilə terror aktları həyata keçirmək cəhdinin qarşısı alınıb, tələfat və dağıntı olmayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gecə Kaluqa və Moskva vilayətləri, eləcə də Sevastopol şəhəri üzərində Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb... Qarşısının alındığı terror aktları nəticəsində insan tələfatı və dağıntı olmayıb”, - mesajda deyilir.
Departamentdən bildirilib ki, Rusiya paytaxtına uçan iki pilotsuz təyyarə Kaluqa vilayətinin Maloyaroslavski rayonu və Moskva vilayətinin Odintsovo rayonu üzərində səmada hava hücumundan müdafiə vasitələri ilə vurulub.
"Sevastopol şəhəri yaxınlığında növbətçi hava hücumundan müdafiə sistemləri iki PUA-nı vurdu, daha doqquzu elektron müharibə ilə sıxışdırıldı və hədəfə çatmadan Qara dənizdə qəzaya uğradı", - deyə nazirlikdən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.