RUSİYA

"Rusiya-Azərbaycan Tarla Günü" yeni formatda keçiriləcək

"Rusiya-Azərbaycan Tarla Günü" sərgisində Rusiyanın 14 aparıcı kənd təsərrüfatı müəssisələri ən qabaqcıl kənd təsərrüfatı texnikası və avadanlıqları ilə iştirak edəcəklər.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Avqustun 25-26-da Ağstafa rayonunda "Rusiya-Azərbaycan Tarla Günü 2023" kənd təsərrüfatı texnikası sərgisi keçiriləcək. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.
Bilidilib ki, Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunur.
Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı və Rusiya İxtisaslaşmış Texnika və Avadanlıq İstehsalçıları Assosiasiyasının dəstəyi ilə Azərbaycanda ikinci dəfə keçirilən "Rusiya-Azərbaycan Tarla Günü" sərgisində Rusiyanın 14 aparıcı kənd təsərrüfatı müəssisələri ən qabaqcıl kənd təsərrüfatı texnikası və avadanlıqları ilə iştirak edəcəklər. Tədbir çərçivəsində Azərbaycan sahibkarlarına texnikanı sınaqdan keçirmək imkanı yaradılacaq.
"Rusiya-Azərbaycan Tarla Günü" sərgisi
Builki "Rusiya-Azərbaycan Tarla Günü" yeni formatda - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə "Agroinnofest" festivalı ilə birlikdə keçiriləcək. Tədbir Ağstafa aqrar-sənaye kompleksinin ərazisində baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.