DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Livanın müdafiə nazirinə sui-qəsd olub

Paytaxt Beyrutun Cisr-əl Başa məhəlləsində törədilən sui-qəsd cəhdi nəticəsində nazir xəsarət almayıb.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Livanın müdafiə naziri Moris Slimin maşın karvanı naməlum silahlılar tərəfindən atəşə tutulub. Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, paytaxt Beyrutun Cisr-əl Başa məhəlləsində törədilən sui-qəsd cəhdi nəticəsində nazir xəsarət almayıb.
Moris Slim vurğulayıb ki, atılan güllə mindiyi avtomobilin arxa pəncərəsinin şüşəsinə dəyib:
"Mənə heç nə olmayıb. Sağ-salamatam".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.