RUSİYA

Kənd Təsərrüfatı Nazirliyi: Rusiya Afrikaya 50 min tona qədər taxıl tədarük edəcək

Rusiya prezidentinin sözlərinə görə, Zimbabve, Burkina-Faso, Somali və Eritreya taxılı pulsuz əldə edəcək ölkələr sırasındadır.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Rusiya yaxın vaxtlarda Afrikanın altı ölkəsinə 50 min tona qədər taxıl tədarük edəcək. Bunu Rusiya mətbuatının xəbərinə görə, bunu Kənd Təsərrüfatı naziri Dmitri Patruşev jurnalistlərə deyib.

"Söhbət 6 ölkədən və 25 min tondan 50 min tona qədər tədarük həcmindən gedir. Hazırda bunun üzərində iş aparılır. Yaxın vaxtlarda taxıl tədarükü həyata keçiriləcək", - deyə Patruşev qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika forumu çərçivəsində Rusiya taxılının üç-dörd ay ərzində Afrika ölkələrinə pulsuz tədarükünü elan edib. Dövlət başçısının sözlərinə görə, Zimbabve, Burkina-Faso, Somali və Eritreya taxılı pulsuz əldə edəcək ölkələr sırasındadır.
Bu yaxılarda "KP.RU" saytı Putinin taxıl sazişinə son zərbəni necə vurduğunu, afrikalı tərəfdaşlara Rusiya ilə dostluğun nə üçün faydalı olduğunu göstərdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.