BAKI, 10 avqust — Sputnik. Kartof çipsləri dünyada ən məşhur qəlyanaltılardan biridir. Məhsulun qlobal istehlakı son illərdə durmadan artıb və 2022-ci ildə 4 milyon tonu ötüb.
Rusiya 2022-ci ildə 188 milyon dollar dəyərində 44 min ton kartof çipsi ixrac edib ki, bu da 2021-ci illə müqayisədə təxminən 70% çoxdur. "Aqroeksport" Federal Mərkəzinin məlumatına görə, Rusiyanın tədarük potensialı 80-90 min ton (300-350 milyon dollar) səviyyəsində qiymətləndirilir.
İcmala aşağıdakılar daxildir:
- dünyanın kartof çipsləri bazarının təhlili;
- beynəlxalq ticarət və qiymət konyunkturu;
- Rusiyanın kartof çipsləri bazarına baxış;
- ixrac tədarükünün potensialı və şərtləri.
Xüsusi şərh "Aqroeksport" Federal Mərkəzinin Aqrosənaye Kompleksinin hüquqi təminatı şöbəsinin müdiri Anatoli Çerenkova məxsusdur.