DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“WhatsApp”da zəng fırıldağı - Tələyə düşməyin

Fırıldaqçıların daha çox məşhur aktyor və ya müğənnilərin fotolarından istifadə edərək diqqət çəkməyə çalışıdıqları ortaya çıxıb.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Son vaxtlar "WhatsApp" üzərindən fırıldaqlar çoxalıb.
Xarici KİV-lərin məlumatına görə, Seneqal, Nigeriya, Filippin, Pakistan, Hindistan kimi ölkələrdən çoxlu insanın "WhatsApp"-ına zəng edilməyə başlanıb.
Sosial mediada gündəm olan bu axtarışlarda fırıldaqçıların daha çox məşhur aktyor və ya müğənnilərin fotolarından istifadə edərək diqqət çəkməyə çalışıdıqları ortaya çıxıb.
Xarici nömrələrdən gələn zənglərə cavab verəndə, onlar sizə cəlbedici iş təklifləri edə bilərlər. Onlar müəyyən ödəniş vədləri və ya dəbdəbəli alışlar müqabilində sizdən kredit kartı nömrənizi istəyə bilərlər.
İnformatika mütəxəssisləri xəbərdarlıq edir ki, dələduzlar "WhatsApp" hesablarını oğurlaya və kontaktınızda olan bütün insanların məlumatlarına daxil ola bilərlər.
Qeyd edək ki, Fahriye Evcen, Demet Özdemir, Murat Boz kimi dünyaca məşhur aktyorlardan sonra fırıldaqçılar indi Derin Mermerci, Yasemin Özilhan kimi tanınmış adlarla hədəflərinə yaxınlaşır.