BAKI, 9 avqust — Sputnik. Tanınmış ərəb aşbaz-bloger Abir Elzagir Azərbaycan milli mətbəxinin ləziz təamlarından olan Şah plovu "Sarı gəlin" sədaları altında izləyicilərinə təqdim edib.
Tanınmış bloger sonda Azərbaycan bayrağını da nümayiş etdirib.
Həmin görüntülər "Tiktok" sosial şəbəkəsində maraqla qarşılanıb. Həmin video qısa müddətdə 80 mindən artıq baxış toplayıb.
Məlumat üçün bildirək ki, aşbaz-bloger Abir Elzagir unuz müddətdir, dünya xalqlarının mətbəxini musiqi və bayraqları ilə birlikdə təqdim edir.