MƏDƏNİYYƏT

SSRİ xalq artisti Vera Vasilyeva vəfat edib

Məşhur aktrisa "Sibir diyarının əfsanəsi" (1947), "Çuk və Gek" (1953), "Cehizlə toy" (1953) kimi filmlərdə oynayıb.
Sputnik
BAKI, 9 avqust — Sputnik. SSRİ xalq artisti Vera Vasilyeva 98 yaşında vəfat edib.
Bu barədə Moskva Akademik Satira Teatrından bildirilib.
Qeyd olunub ki, o, 1925-ci ildə Moskvada anadan olub.
Məşhur aktrisa "Sibir diyarının əfsanəsi" (1947), "Çuk və Gek" (1953), "Cehizlə toy" (1953) kimi filmlərdə yer alıb.