BAKI, 9 avqust — Sputnik. Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, M.Adnayeva 2021-ci ilin oktyabrın 6-da bu vəzifəyə təyin olunub.
M.Adnayeva icra başçısı təyin edilənədək Sədərək rayon İcra Hakimiyyəti başçısının müavini, RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini tutub.
O, İkinci Dünya müharibəsi veteranı mərhum Ramazan Adnayevin gəlinidir.