RUSİYA

Rusiyada sursat zavodu partlayıb: Onlarla insan xəsarət alıb, ölən var

“Luç” idman kompleksinin, Osipenko və Karl Libknext küçələrindəki 20 çoxmərtəbəli yaşayış binasının, iki məktəb və bir kollecin pəncərələri sınıb, qazanxana zədələnib, istehlakçılara isti suyun verilməsi dayandırılıb.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Partlayış Sergiyev Posadda, Zaqorsk optik-mexanika zavodunun ərazisinə bitişik, lakin ona daxil olmayan Piro-Ross şirkətinin pirotexniki vasitələri olan anbarda baş verib.
Fövqəladə vəziyyət nəticəsində qurbanların sayı durmadan artır. Hazırda 56 nəfərin xəsarət aldığı, bir qadının öldüyü məlumdur. Həkimlər daha beş nəfərin həyatı uğrunda mübarizə aparırlar, onların bədənlərində geniş yanıq yaraları var.
Hadisəyə səbəb texnoloji proseslərin pozulması olub. Partlayışın pilotsuz uçuş aparatı vasitəsilə törədildiyi versiyası təsdiqini tapmayıb.
15:53
Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində baş verən partlayış nəticəsində yaralananların sayı 52-yə çatıb.
Bu barədə Moskva vilayəti qubernatorunun administrasiyasından bildirilib.
Dağıntılar altında 4 nəfərin qaldığı ehtimal olunur.
14:47
Partlayış Sergiyev Posaddakı Zaqorsk Optik-Mexanika Zavodunun ərazisində pirotexniki vasitələrin saxlandığı anbarda baş verib.
İki küçədə yaşayış binalarının və sosial müəssisələrin şüşələri partlayış dalğasından sınıb.
Hadisə nəticəsində 45 nəfər xəsarət alıb, beş nəfərin bədəninin 100 faizi yanıb.
Nə baş verib?
Moskva vaxtı ilə saat 10:40-da Zaqorsk Optik-Mexanika Zavodunun ərazisində yerləşən pirotexniki vasitələrin saxlandığı anbarda partlayış baş verib. “Luç” idman kompleksinin, Osipenko və Karl Libknext küçələrindəki ətraf evlərin – 20 çoxmərtəbəli yaşayış binasının, iki məktəb və bir kollecin pəncərələri sınıb, qazanxana zədələnib, istehlakçılara isti suyun verilməsi dayandırılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın 50 kv.m sahədə söndürülüb. Daha sonra səlahiyyətlilər açıq yanmanın artıq müşahidə edilmədiyini bildiriblər.
Zavoddakı bütün bina və sexlərdən, ən yaxınlıqdakı uşaq bağçasından ümumi təxliyə elan edilib.
Xilasedicilər dağıntıları təmizləyirlər. Partlayışın nəticələrinin aradan qaldırılmasına 150 nəfər cəlb olunub.
Zərərçəkənlər
Partlayış nəticəsində yaralananların sayı 45-ə çatıb. Altı nəfər reanimasiyadadır, onlardan beşinin bədəninin 100 faizi yanıb.
Dağıntılar altından 3 nəfər çıxarılıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, onların vəziyyəti ağırdır.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, dağıntılar altında daha 5 nəfərin olduğu ehtimal edilir.
17 nəfər qəlpə yaraları ilə travma şöbəsinə göndərilib, daha 22 nəfər təcili yardım xidmətindədir.
Xəstəxanaya təcili olaraq 40 çarpayı yerləşdirilib. Zaqorsk Optik-Mexanika Zavodunun işçiləri arasında ölənlər barədə məlumat yoxdur.
Partlayışa nə səbəb olub?
Partlayışa səbəb texnoloji proseslərin pozulması olub.
Anbar "Piro-Ross" şirkəti tərəfindən icarəyə verilib. 2023-cü ildə şirkət müflis elan edilib, aprel ayından ona qarşı iflas proseduru başlayıb, müflisləşmə üzrə müvəkkil təyin edilib.
13:23
Rusiyada güclü partlayış baş verib. Partlayış Sergiyev Posaddakı Zaqorsk optik-mexaniki zavodunun ərazisində qeydə alınıb. Zavodun yaxınlığındakı bir neçə evin şüşələri sınıb.
Bu barədə "TASS"a fövqəladə hallar xidməti məlumat verib.
Sergiyev Posaddakı zavodda baş verən partlayışla bağlı nə məlumdur
"Zaqorsk optik-mexaniki zavodunun ərazisində, qazanxananın ərazisində partlayış baş verib. Partlayış dalğası nəticəsində şəhərin müxtəlif yerlərində bir neçə evdə pəncərələr sınıb", - deyə agentliyin həmsöhbəti bildirib.
Fövqəladə Hallar xidmətinin ilkin məlumatına görə, obyektdə pirotexniki vasitələrin olduğu anqar partlayıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov fövqəladə hadisə yerinə getdiyini bildirib. O, bu barədə özünün "Telegram" kanalında yazıb.
"Sergiyev Posaddakı hadisə ilə əlaqədar olaraq, mən tez bir zamanda orada olacağam", - deyə o, bildirib.
Sergiyev Posad şəhər dairəsinin rəhbəri də partlayışı təsdiqləyib.
Tibbi dairələr "TASS"a bildiriblər ki, partlayış zamanı zərərçəkənlərin sayı 25 nəfərə çatıb. Daha əvvəl fövqəladə hallar xidmətləri 16 nəfərin xəsarət aldığını bildirmişdi.
"Zərərçəkənlərin sayı 25 nəfərə çatıb. Onlara tibbi yardım göstərilir", - deyə agentliyin həmsöhbəti qeyd edib.
"Hazırda zavodda tam təxliyə elan edilib", - deyə Sergiyev Posad şəhər dairəsinin administrasiyası özünün "Telegram" kanalında bildirib. Şəhər rəhbərliyi qaynar telefon xətti açıb.
"Hüquq-mühafizə orqanlarının nümayəndələri və bölgə rəhbəri Dmitri Akulov hadisə yerindədir. Zaqorsk Optik-Mexanika zavodunda bütün binaların və sexlərin, o cümlədən icarəyə verilən emalatxanaların ümumi təxliyəsi elan olunub. Şüşələrinin sındığı həddən çox bina var ", - mesajda belə deyilir.