RUSİYA

Rusiya Şimali Kiprdə konsulluq xidmətləri göstərəcək

Səfirliyin nümayəndəsi bildirib ki, çox yaxın vaxtlarda Nikosiya şəhərinin şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacaqlar.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Rusiyanın Kipr Respublikasındakı səfirliyi yaxın zamanda Şimali Kipr Türk Respublikasında (ŞKTR) da konsulluq xidmətləri göstərməyə başlayacaq.
Bu barədə səfirliyin nümayəndəsi məlumat verib.
"Biz çox yaxın vaxtlarda Nikosiya şəhərinin şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər müntəzəm olaraq aparılacaq", - mənbə bildirib.
Səfirliyin nümayəndəsi qeyd edib ki, söhbət Rusiya hakimiyyətinin Kiprin şimalında yaşayan vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirməsindən gedir. Bəzi hesablamalara görə, bu gün ŞKTR-da 50 mindən çox rus yaşayır.