BAKI, 9 avqust — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov avqustun 15-də Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının açılışında çıxış edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat şöbəsinin direktorunun müavini Aleksey Zaytsev bildirib.
O əlavə edib ki, Lavrov öz çıxışında dünyanın əksər ölkələrinin Qərb mexanizmlərindən kənar, o cümlədən ŞƏT, BRİKS, Aİİ, KTMT və MDB-nin çoxtərəfli assosiasiyalarının gücləndirilməsi yolu ilə inkişaf yollarının axtarışına diqqət yetirəcək.
Zaytsev qeyd edib ki, konfransa yüzə yaxın ölkə və səkkiz beynəlxalq təşkilat dəvət olunub.
"Onların nümayəndələri çoxqütblü dünya nizamının formalaşması kontekstində təhlükəsizliyin müxtəlif aspektlərini, eləcə də Avroatlantik elitaların aqressiv hökmranlıq iddiaları fonunda konstruktiv, beynəlxalq əməkdaşlığın qurulması yollarını müzakirə edəcəklər", - deyə o bildirib.