RUSİYA

Həştərxan doğum evində qeyri-adi hadisə baş verib

Doğuşların hamısı uğurlu keçib, bütün uşaqlar və analar özlərini yaxşı hiss edirlər.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Həştərxan vilayət doğum evində avqustun 8-də səkkiz oğlan və səkkiz qız dünyaya gəlib
Regional Səhiyyə Nazirliyindən verilən məlumata görə, dünən rayon perinatal mərkəzində heyrətamiz təsadüf baş verib.
"Doğuşların hamısı uğurlu keçib, bütün uşaqlar və analar özlərini yaxşı hiss edirlər. Ən kiçik uşaq 2220 qram, ən böyük qız uşağı isə 4040 qram çəki ilə anadan olub", - deyə doğum şöbəsinin müdiri, mama-ginekoloq Natalya Zametalina bildirib.