RUSİYA

Ermənistandakı Rusiya hərbçiləri təlim keçiblər

Hərbçilər təlim-məşq toplantısı çərçivəsində yüksək dağlıq ərazilərdəki poliqonda kəşfiyyat və ərazidəki vəziyyətin monitorinqi tapşırıqlarını yerinə yetiriblər.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə bölməsinin hərbi qulluqçuları təlim-məşq toplantısı keçirib.
Bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Hərbçilər təlim-məşq toplantısı çərçivəsində yüksək dağlıq ərazilərdəki poliqonda kəşfiyyat və ərazidəki vəziyyətin monitorinqi tapşırıqlarını yerinə yetiriblər.
Poliqonda şərti çirklənmiş ərazilər lokallaşdırılıb, hərbçilər tərəfindən dezinfeksiya işləri aparılıb, şərti zərərçəkənlərə tibbi yardım göstərilib.