BAKI, 8 avqust — Sputnik. Xüsusi hərbi əməliyyat (XHƏ) fonunda Ukrayna xüsusi xidmət orqanlarından yeni terror təhdidləri gəlir. Bu barədə Rusiya FTX-nin direktoru, Milli Antiterror Komitəsinə (MAK) rəhbərlik edən Aleksandr Bortnikov bildirib.
MAK-ın iclasında çıxış edən Bortnikov Ukrayna ərazisində fəaliyyət göstərən millətçi birləşmələrin Qərb tərəfdaşlarının köməyi ilə terrorizm və neonasizm ideyalarını təbliğ etdiyini qeyd edib.
O bildirib ki, Ukrayna xüsusi xidmət orqanları internet resursları vasitəsilə rusiyalıları kriminal fəaliyyətə cəlb etməklə məşğuldur.
"Roskomnadzor hüquq-mühafizə orqanlarının əməkdaşları və prokurorların köməyi ilə 2019-cu ildən bəri terror məzmunlu 334 min materialı silib" - MAK rəhbəri əlavə edib.
Daha əvvəl qurum 2022-ci ilin fevralından Rusiyada 188 terror cinayətinin qarşısı alındığını bildirib. Əksər hallarda terror aktlarının hazırlanması radikal ideyaların təsiri altında olan gənclər tərəfindən həyata keçirilir. Belə vətəndaşlar marjinal və əxlaqsız həyat tərzi keçirirlər.