DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə hökuməti Derincə limanındakı partlayışın təxribat olub-olmadığını araşdırır

Türkiyənin iri ticarət limanı Derincə (Mərmərə dənizində yerləşir) yaxınlığında güclü partlayış baş verib.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Türkiyə hakimiyyəti Derincə limanında baş verən partlayışa səbəb kimi təxribat versiyasını nəzərdən keçirir, lakin bu, zəif ehtimal kimi qiymətləndirilir. Bu barədə Türkiyə KİV-i Türkiyə Taxıl Şurasının rəhbəri Əhməd Güldala istinadən xəbər verir.
"Bura liman ərazisidir və təhlükəsizlik yoxlamasından keçməmiş heç kim ora daxil ola bilməz: istər dövlət qulluqçusu, istər işçi, istərsə də müəssisə sahibi. Təbii ki, bütün versiyalar nəzərdən keçiriləcək, lakin təxribat ehtimalı daha zəif hesab olunur" - deyə o, bildirib.
Avqustun 7-də Türkiyənin iri ticarət limanı Derincə (Mərmərə dənizində yerləşir) yaxınlığında güclü partlayış baş verib. Hadisə nəticəsində azı 12 nəfər xəsarət alıb.
Sonradan məlum olub ki, partlayış liftdə taxılın gəmiyə yüklənməsi zamanı baş verib.