FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Stenin-2023 müsabiqəsi: onlayn səsvermədə hindistanlı fotojurnalist qalib gəlib

İnternet istifadəçilərinin fikrincə, qısa siyahıya alınmış TOP-5-ə Rusiya və Burundidən olan reportyorların tək fotoları və silsilə şəkilləri də daxil edilib.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Avqustun əvvəlində Andrey Stenin adına Beynəlxalq Fotojurnalistika Müsabiqəsi internet istifadəçilərinin iştirak etdiyi onlayn səsverməni başa çatdırıb.
Hindistanlı jurnalist Kabir Canqyaninin "Camna çayında qağayılar" fotosu səsvermənin lideri olub.
Müəllif özü əsərini belə təsvir edib: "Bir kişi Yeni Dehlidə Camna çayının sahilləri boyunca qayıq sürür. Qışda köçəri quşlar Hindistana gəlir. Oktyabr ayına qədər onları bütün ölkədə müşahidə etmək mümkündür və mart ayında isə onlar uçurlar".
1 / 5

Kabir Canqyaninin Camna çayında qağayılar fotosu.

2 / 5

Fabris Mbonankirin (Burundi) "Yatmış Kraliçalar" fotosu.

3 / 5

Pelagiya Tixonovanın "45-ci illəri xatırlayaraq" fotosu.

4 / 5

Yevgeniya Filippovanın "Fərdi yarış" fotosu.

5 / 5

Sayan Adhikarinin "Ölən ənənə" fotosu.

İnternet istifadəçilərinin fikrincə, qısa siyahıya alınmış TOP-5-ə Rusiya və Burundidən olan reportyorların tək fotoları və silsilə şəkilləri də daxil edilib: onlar onlayn səsvermədə ikinci yeri Fabris Mbonankirin (Burundi) "Yatmış Kraliçalar" adlı silsilə şəklinə (https://stenincontest.ru/winners2023_p_series /20230615/425314.html), üçüncü və dördüncü yerləri rusiyalıların - Pelagiya Tixonovanın "45-ci illəri xatırlayaraq" və Yevgeniya Filippovanın "Fərdi yarış" adlı tək fotoşəkillərinə veriblər. Başqa bir hindistanlı fotoqraf, Kəlküttədən olan fotojurnalist Sayan Adhikarinin "Ölüm ənənəsi" adlı əsəri beşinci yerdə qərarlaşıb.
Qran-prinin qalibi kimi qısa-siyahıda olan namizədlərin mükafat yerləri sentyabr ayında müsabiqənin təşkilat komitəsi tərəfindən saytda elan ediləcək. Ənənəvi olaraq, müsabiqə təşkilatçıları ilin sonuna qədər dünyanın müxtəlif şəhərlərində qaliblərin ənənəvi "roud-şou"suna start verməyi planlaşdırır.
Müsabiqə haqqında
YUNESKO-nun işləri üzrə Rusiya Komissiyasının himayəsi altında olan, "Rossiya Seqodnya" media qrupu tərəfindən təşkil edilən Andrey Stenin adına Beynəlxalq Fotojurnalistika Müsabiqəsi gənc fotoqraflara dəstək olmaq və müasir fotojurnalistikanın vəzifələrinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Bu, istedadlı, həssas və bütün yeni şeylərə açıq olan gənc fotoqraflar üçün bir platformadır. Onlar burada bizim diqqətimizi ətrafımızdakı insanlara və hadisələrə yönəldirlər.
Müsabiqənin beynəlxalq informasiya tərəfdaşları bunlardır: Sputnik (Beynəlxalq) xəbər agentliyi və radiosu, RT telekanalı və portalı (Beynəlxalq), "Independent Media" media holdinqi (Cənubi Afrika), ANA xəbər agentliyi (Cənubi Afrika), "Shanghai United Media Group" (SUMG) (Çin), "China Daily" qəzetinin internet portalı (Çin), "The Paper" internet portalı (Çin), "Al Mayadeen" media şəbəkəsi (Livan).