PAYTAXT XƏBƏRLƏRİ

Bulvarda kaktusların əkildiyi ərazi ictimai qınaqlardan sonra abadlaşdırılır

Dənizkənarı Bulvar İdarəsi yoldan keçənlərin zərər vurduğu kaktusların əkildiyi ərazinin abadlaşdırıldığı barədə məlumat yayıb.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Kaktusların böyüdüyü dənizkənarı bulvarın ərazisinin abadlaşdırılması istiqamətində işlər aparılır.
Bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə yoldan keçənlərin bulvardakı kaktuslara qəsdən zərər vurması rezonans və haqlı qınağa səbəb olan bir sıra videolar yayılıb.
Bulvarın bəzi ziyarətçiləri kaktusların üzərinə bıçaq, ya da digər dəlici alətlərin köməyilə müxtəlif adlar və ifadələr yazır, sevgi etiraflarını qeyd edirlər.
13.06.23, 13:04
Bulvarda kaktusları kəsərək yandıran şəxs həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məhkəmə qərarı ilə 2003-cü il təvəllüdlü V.Cəfərli barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
***
Dənizkənarı Bulvar ərazisində kaktusları kəsərək yandıran şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin ərazidə kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.
Əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.