SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BQXK-nın əməkdaşları Ermənistanda saxlanılan azərbaycanlı hərbçiləri ziyarət edib

Ermənistan Baş Prokurorluğu tərəfindən azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı əməkdaşları Ermənistan ərazisində saxlanılan iki azərbaycanlı hərbçiyə baş çəkiblər. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Əsgərlərə BQXK vasitəsilə ailələri ilə telefonla əlaqə saxlamaq və onlara məktublar göndərmək imkanı verilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistan Baş Prokurorluğu tərəfindən azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb.