DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin qərbində partlayış baş verib

Məlumata görə, partlayış yerli vaxtla saat 14:40-da (Bakı vaxtı ilə 15:40) İstanbulun şərqində, Kocaeli vilayətinin Derincə limanı yaxınlığında baş verib.
Sputnik
BAKI, 7 avqust — Sputnik. Türkiyənin qərbində Mərmərə dənizindəki Derincə əsas ticarət limanı yaxınlığında partlayış baş verib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, partlayış yerli vaxtla saat 14:40-da (Bakı vaxtı ilə 15:40) İstanbulun şərqində, Kocaeli vilayətinin Derincə limanı yaxınlığında baş verib. Partlayış yaxınlıqdakı Gölcük şəhərində hiss olunub.
Partlayışdan sonra tüstü dumanı şəhərin müxtəlif yerlərindən görünüb, yanğınsöndürənlər və təcili yardım maşınları, həmçinin təhlükəsizlik qüvvələri hadisə yerinə cəlb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.