MƏDƏNİYYƏT

Prezident İlham Əliyev Rasim Balayev və Yuli Qusmanı təltif edib

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Rasim Balayev "İstiqlal", Yuli Qusman isə “Şərəf” ordeni ilə təltif ediliblər.
Sputnik
BAKI, 7 avqust — Sputnik. Rasim Əhməd oğlu Balayev "İstiqlal" ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Rasim Balayev - Azərbaycan Kinematoqrafçılar İttifaqı
Rasim Balayev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif olunub.
Prezident İlham Əliyevin digər bir sərəncamı ilə Yuli Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilib.
Yuli Qusman, arxiv
Yuli Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.