BAKI, 7 avqust — Sputnik. ABŞ Qızıl Xaç Cəmiyyəti ölkənin cinsi oriyentasiyasından asılı olmayaraq qiymətləndiriləcək potensial qan donorlarının yoxlanılması prosedurunu dəyişdiyini açıqlayıb. Bu barədə RİA Novosti xəbər yayıb.
"Bu yeni prosedurlara əsasən, bütün donorlar cinsdən və cinsi oriyentasiyadan asılı olmayaraq eyni uyğunluq suallarına cavab verir və cinsi oriyentasiyaya deyil, fərdi risk faktorlarına əsaslanaraq donorluq hüququ qiymətləndiriləcək", - təşkilatın saytında dərc olunan məlumatda deyilir.
Qızıl Xaç izah edib ki, qida və dərman bazarının tənzimləyicisi olan FDA tərəfindən təsdiqlənən dəyişikliklər, transfuziya üçün qan vermək qabiliyyətində "kişilərlə cinsi əlaqədə olan kişilərə" avtomatik olaraq ayrı-seçkilik yaradan əvvəlki siyasətlərdən imtina etmək deməkdir.
Özünü qadına bənzədən pozğun kişi xeylağı, arxiv şəkli
© AFP 2024 / PATRICIA CASTELLANOS
Eyni zamanda, potensial donorların doldurmağa dəvət olunduğu yeni sorğu anketinə cinsi davranışla bağlı suallar daxildir.
“Cinsindən və cinsi oriyentasiyasından asılı olmayaraq, son üç ayda yeni və ya bir neçə cinsi partnyoru olan və bu müddət ərzində anal əlaqədə olan hər bir şəxsdən qan vermək üçün son anal əlaqənin tarixindən üç ay gözləməsi tələb olunacaq”, - mesajda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.