RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna yenidən Krımı Xersonla birləşdirən yeganə körpüyə zərbə endirib

Məqsəd Krımdan Ukraynanın Xerson və digər vilayətlərindəki Rusiya qüvvələrinə təchizatın dayandırılmasına nail olmaqdır.
Sputnik
BAKI, 6 avqust - Sputnik. Ukrayna Silahlı Qüvvələri yenidən Krımı Xerson vilayəti ilə birləşdirən yeganə Çonqar körpüsünə zərbə endirib.
RİA Novosti-nin yaydığı məlumata görə, körpüyə 4 raket zərbəsi endirilib.
Körpü keçid üçün müvəqqəti bağlanıb, hazırda körpüyə dəyən zərərin həcmi müəyyənləşdirilir.
Qeyd edək ki, Ukrayna ilk dəfə iyulun 22-də Çonqar körpüsünə raket zərbəsi endirib. Məqsəd Krımdan Ukraynanın Xerson və digər vilayətlərindəki Rusiya qüvvələrinə təchizatın dayandırılmasına nail olmaqdır.
***
Krım körpüsündə avtomobillərin hərəkəti yenidən müvəqqəti dayandırılıb.
Qeyd edilib ki, sakitliyin qorunması və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinin izlənilməsi xahiş olunur.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Krım körpüsünə hücum ABŞ-ın terrora sponsorluq etdiyini təsdiqləyir - Patruşev