BAKI, 6 avqust - Sputnik. NATO liderləri Ukrayna prezidenti Vladimir Zelenskini növbəti dəfə Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş batalyonlarını qırğına göndərməyə məcbur ediblər. Bu iddia ilə keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter çıxş edib.
Onun fikrincə, Ukrayna tərəfi hazırda müşahidə olunan kütləvi zirehli texnika ilə hücumlara qayıtmalı olub.
"Onlar rusiyalıların onları tamamilə məhv etdiyi ölüm zonasına zirehli texnika batalyonları göndərirlər", - Ritter deyib.
O, iddia edir ki, Şimali Atlantika Alyansı əks-hücumun gedişindən narazıdır, çünki Ukrayna tərəfi bunda uğur qazanmır, həmçinin döyüşlərdə verilən texnikadan daha az istifadə edir. NATO liderləri çoxlu sayda zirehli texnikanın istifadəsi ilə NATO-nun hücum taktikasına qayıtması üçün Zelenskiyə təzyiq göstərib, əks halda Ukrayna Qərbin hərbi dəstəyini itirə bilər.
Bundan əvvəl Şimali Atlantika Alyansının istefada olan zabiti Stavros Atlamazoğlu demişdi ki, Ukraynanın cənubunda və Donbassda cəngəlliklər Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın müdafiə xətlərini yarmağa imkan vermir.