BAKI, 6 avqust - Sputnik.Penitensiar Xidmət ötən gün Salyanda yerləşən cəzaçəkmə müəssisəsində özünü güllələyən hərbi qulluqçu barədə məlumat yayıb.
Xidmətdən APA-ya bildirilib ki, Mühafizə Alayının hərbi qulluqçusu əsgər Şamxalov Ülvi İlyas oğlunun xəstəxanada müalicəsi davam etdirilir. Həyatı üçün heç bir təhlükə yoxdur.
05.08.23, 23:02
Salyan rayonunun Xalac kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib.
Penitensiar Xidmətdən faktı təsdiq edib.
Bildirilir ki, 5 saylı cəzaçəkmə müəssisəsində əsgər, 2004-cü il təvəllüdlü Şamxalov Ülvü İlyas oğlu xidməti silahdan açılan atəşdən güllə yarası alıb. Yaralı əsgər Salyan rayon xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.
Hadisənin özünəqəsd və ya ehtiyatsızlıqdan baş verməsi müəyyənləşdirilir.
Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.