BAKI, 6 avqust - Sputnik. Moskvanın hazırkı səfir Çjan Hanhuinin Rusiya Federasiyasında qalmasının “arzuolunmazlığı” barədə Pekinə məlumat vermək iddiası ilə bağlı məlumatlar vəziyyəti gərginləşdirməyə xidmət edir.
Bu barədə avqustun 5-də Rusiya Xarici İşlər Nazirliyinin saytında müvafiq bəyanat dərc olunub.
"Bu, qeyd-şərtsiz saxtakarlıqdır, XİN-də heç kim belə bir şey düşünmür və nəzərdən keçirmək niyyətində deyil", - qurum “Nezygar” Telegram kanalında yerləşdirilmiş məlumatı şərh edib.
Xatırladaq ki, ötən gün rəsmi Pekinin Moskvanı sərhəddə çinlilərə sərt davranmaqda ittiham etdiyi barədə məlumat yayılıb.
Çinin Rusiyadakı səfirliyinə istinadla yayılan məlumatda deyilir ki, Rusiya hüquq-mühafizə orqanları Rusiya-Qazaxıstan sərhədində Çin vətəndaşlarının hüquqlarını ciddi şəkildə pozub. Əlavə edilib ki, bu, Çin-Rusiya dostluğunun ümumi mənzərəsinə və ölkələr arasında dostluq məqsədli humanitar mübadilələrinin artması tendensiyasına ziddir. Səfirlik araşdırma aparılmasını xahiş edib.
Qeyd olunub ki, iyulun 29-da Rusiya-Qazaxıstan sərhədində 5 Çin vətəndaşı dörd saat ərzində dəfələrlə dindirilib. Onlara ölkəyə giriş qadağan edilib və turist vizaları ləğv edilib. Çin səfirliyi insidentlə bağlı araşdırma aparıb və Rusiya Xarici İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və sərhəd xidmətinə müvafiq materialları təqdim edib.